Aytən Səfərova ağır qəzaya düşdü

Aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb.
Sherg.az xəbər verir ki, bu barədə A.Səfərova Bizim.Media-ya açıqlamasında bildirib.

O qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Aparıcı səhhətinin ağır olduğunu qeyd edib.