Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib.

"APA-Economics" xəbər verir ki, bununla bağlı müvafiq əmr verilib.

Əmrə əsasən, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad olunub.

Qeyd edək ki, o, 14 ildir bu vəzifədə çalışırdı.