Sabiq deputat İsgəndər Quliyev vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.
Bu barədə APA-ya Universitetdən xəbər verilib.
Qeyd edək ki, İsgəndər Quliyev 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. “91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.