Astarada altıotaqlı ev yandı

Astarada fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonunun Marzəsə kəndində 50 yaşlı Maarif Mütəllim oğlu Babayevə məxsus altıotaqlı fərdi yaşayış evində olub.

Dağ kəndi olan Marzəsənin yolsuzluq şəraitinə görə Astara rayon yanğından mühafizə hissəsinin texnikası əraziyə qalxa bilməyib. 2 mərtəbəli altıotaqlı ev əşyaları ilə tamamilə yanıb.

Faktla bağlı araşdırma davam etdirilir.