Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.