Bakıda qadın sürücü qəza törətdi: ölən var

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ölümlə nəticələnən avtomobil qəza olub.

Axar.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Səadət Rauf qızı Həsənova idarə etdiyi "Mersedes-Benz" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Səadət İbadət qızı Əliyevanı vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.