İmişlidə yol qəzasında motosiklet sürücüsü ölüb

İmişlidə minik maşını ilə motosiklet toqquşub.

APA-nın Mil-Muğan bürosunun məəlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. “Opel” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Samir Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.