Tanınmış xanım bloger qəzaya düşdü

Tanınmış bloger Günay Mehdiyeva qəzaya düşüb.

Sherg.az Milli.az-a istinadən xəbər verir ki, aktrisa kimi də fəaliyyət göstərən qalmaqallı G.Mehdiyeva "Nissan" markalı avtomobili ilə qəza törədib.

Bloger qəza nəticəsində yüngül bədən xəsarətləri alıb. O, hazırda xəstəxanadadır.

Qeyd edək ki, Günay Mehdiyeva bir müddət əvvəl ərinə xəyanət qalmaqalı ilə bütün diqqətləri öz üzərinə çəkmişdi. O, ərinin onu şantaj etdiyini iddia edirdi.