Neftçalada planlaşdırılan erkən nikahın qarşısı alınıb

Neftçalada planlaşdırılan erkən nikahın qarşısı alınıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.