Bir ayda 3 meşə yanğını törədib: “Məmurlara əsəbləşib yandırdım!”

Antalyanın Manavqat rayonunda son bir ayda 4 hektar meşə sahəsinə ziyan vuran 3 ayrı yanğın törətdiyi təsbit edilən çoban Murat Kaya həbs edilib. Kaya yanğınları meşə idarəsi və elektrik paylayıcı şirkət rəsmilərinə əsəbiləşdiyi üçün etdiyini bildirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Jandarma qrupları tərəfindən saxlanılan Kaya, Qazilər rayonunda iyulun 3-də, 9 iyun və 30 iyunda isə iki ayrı-ayrı yanğın törətdiyini, ümumilikdə 4 hektar meşə sahəsinin zərər gördüyünü etiraf edib.


Kaya ifadəsində meşədə gördüyü bəzi problemləri aradan qaldırmaq üçün həm Meşə Müdirliyinə, həm də elektrik paylayıcı şirkətinə zəng etdiyini, heç kimin gəlib-getmədiyi görüb əsəbiləşərək meşəni yandırdığını bildirib. 

Jandarmada əməliyyatları tamamlanan Murat Kaya sövq edildiyi ədliyyədə prokurora oxşar ifadə verib.

 Kaya məhkəmənin qərarı ilə   "meşəni qəsdən yandırmaq" cinayəti ilə həbs edilib.