ABŞ Dövlət Departamenti: Azərbaycan onlarla ölkənin etibarlı təchizatçısına çevrilib
09:19 04.04.2025
İqtisadiyyat
408
ABŞ Azərbaycanla münasibətlərinə böyük önəm verir. Cənub Qaz Dəhlizi ortaq maraqlara əsaslanan, uğurlu ikitərəfli tərəfdaşlığımızın təməlini təşkil edir.
“APA-Economics” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ambisiyanın təcəssümü olan Cənub Qaz Dəhlizi Azərbaycanın zəngin enerji daşıyıcılarını nəinki ölkənin, həmçinin regionun rifahı üçün istifadə etməyə imkan verir.
“Bununla da, Azərbaycan artıq onlarla ölkənin etibarlı təchizatçısına çevrilib. ABŞ kimi Azərbaycan da nəhəng enerji ehtiyatlarına malikdir. ABŞ Prezidenti Donald Tramp enerjini Amerikanın üstünlüyünün təməl daşı və onun təhlükəsizliyinin açarı adlandırırdı. Ölkəmizin enerji zənginliyi sayəsində iqtisadi imkanlar yaratmaq, səhiyyə və təhsili təkmilləşdirmək, vətəndaşlarımızın həyatlarını yaxşılaşdırmaq hər yaxşı ölkənin vəzifəsidir”,- Erik Ceykobs qeyd edib.
O vurğulayıb ki, təbii qaz artıq qeyri-müəyyən və bilinməyən enerji gələcəyinə keçid üçün aralıq rolunu oynayan yanacaq kimi qəbul edilmir: “Təbii qaz hamımız üçün etibarlı, əlçatan və təhlükəsiz enerji mənbəyidir və gələcək on illiklərdə də belə olacaq. Seçim yanacağı olan təbii qaz artıq qlobal enerji tələbatını qarşılamaq üçün vacibdir. Bir neçə gün əvvəl Səngəçal terminalında oldum. Görünür ki, Azərbaycan təbii qazın ölkənin, Avropanın və bütün dünyanın gələcəyi üçün əsas enerji mənbəyi olduğunu heç vaxt unutmayıb. Ölkəmiz, o cümlədən ABŞ şirkətləri sizin və enerji sənayenizin iqtisadi artımı və enerji təhlükəsizliyi üçün imkanları müəyyənləşdirmək və sürətləndirmək məqsədilə tərəfdaş olmağı səmimiyyətlə arzulayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə