Mütəllim Rəhimov sədrliyə namizəd olacaq - AÇIQLAMA
Yusif Nəzərli
05:22 05.04.2025
Siyasət
915
"Partiya daxilində çoxsaylı üzvlərimiz və rayon təşkilatlarımız var ki, mənim namizədliyimin irəli sürülməsini təklif edirlər"
İlyas İsmayılovun vəfatından sonra 1993-cü ildə təsis edilmiş Ədalət Partiyasının yeni sədrinin kim olacağı məsələsi gündəmdədir. Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov 2024-cü ilin sonlarında insult keçirib. Reanimasiyaya yerləşdirilən partiya sədri 2025-ci ilin yanvarında komaya düşüb və fevralın 17-də 87 yaşında dünyasını dəyişib. Partiyanın yaxın günlərdə qurultay keçirəcəyi və yeni rəhbərliyi seçəcəyi deyilir. Lakin partiyanın gələcək taleyi ilə bağlı fərqli düşüncədə olanlar da var. Məsələn, partiya sədrinin müavini Elxan Şükürlü hesab edir ki, mərhum İlyas İsmayılovdan sonra partiyanın öz fəaliyyətini davam etdirməsi sual altındadır və sədrliyə iddialıların heç biri bu yükü çəkəcək gücdə, qabiliyyətdə və imkanda deyil. Onun sözlərinə görə, ölkədəki əksər siyasi təşkilatlar kimi, Ədalət Partiyası da indiyədək ideoloji təməllər üzərində deyil, şəxsiyyət ətrafında qurulmuş, özünün təşkilati struktur və iyerarxiyasında məhz “liderə bağlılıq” prinsipini əsas götürmüş partiya olub: Həyatsa sübut edir ki, düşüncələrdə ortaq olmayanların yoldaşlığı uzun sürmür - ya yolları ayrılır, ya özləri. Bir siyasətçinin də, hərbçinin də məğlubiyyəti və faciəsi onda başlayır ki, zamanında durmağı və geri çəkilməyi bacarmır! Mənim qənaətimcə, Ədalət Partiyasının da artıq durmaq, dayanmaq, geri çəkilmək zamanıdır!". E.Şükürlü əlavə edib ki, partiya rəhbərliyi fəaliyyətini davam etdirməyə cəhd göstərəcəksə, heç kimin sədrliyə namizədliyini dəstəkləməyəcək".
Partiya ətrafında gedən söz-söhbətlə bağlı "Sherg.az"a danışan Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov deyib ki, İlyas İsmayılov Ədalət Partiyasının qurucusudur və yarandığı vaxtdan indiyədək sədri olub. M.Rəhimov vurğulayıb ki, təbii ki, partiyanın tək lideri olduğundan onu əvəz etmək o qədər də asan olmayacaq:
"Xüsusilə, bütün tərəfləri birləşdirəcək bir şəxsin ortaya çıxaraq fərqli fikirlərin mərkəzi fiquruna çevrilməsi böyük bacarıq tələb edir. Sədrliyə iddialı şəxslər var. Onlar partiya daxilində və ictimai fikirdə öz tərəfdarlarını səfərbər etməyə çalışırlar. Ümid edirəm ki, biz sonda anlaşma əldə edərək ortaya vahid namizəd çıxara bilərik. Bu yöndə partiyanın maraqlarını hər şeydən üstün tutan insanlar davamlı fəaliyyət göstərirlər. Ədalət Partiyasının sədri qurultayda seçilir. Yaxın günlərdə partiyanın rəhbərliyi toplaşaraq qurultayın vaxtı ilə bağlı qərar qəbul edəcək".
M.Rəhimov partiya sədrliyinə iddialı olub-olmadığını da açıqlayıb:
"Mən 2000-ci ildə Ədalət Partiyası fəaliyyətini bərpa edəndən bu partiyanın qurulmasında fəal iştirak etmişəm. Ona görə də partiyada hər kəsi tanıyıram və bütün üzvlərimiz də məni yaxşı tanıyırlar. Partiya daxilində çoxsaylı üzvlərimiz və rayon təşkilatlarımız var ki, mənim namizədliyimin irəli sürülməsini təklif edirlər".
Partiya funksioneri E.Şükürlünün fikirlərinə münasibət bildirmək istəməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat