
İqtisadçı: Dünya iqtisadiyyatında dalğalı vəziyyət müşahidə olunacaq
11:05 07.04.2025
İqtisadiyyat
481
Çin ABŞ-la qlobal razılaşma planlarından imtina edərək ticarət müharibəsinə hazırlaşır.
Bu barədə "Voll Strit Jurnal" yazıb.
“ABŞ Prezidenti Donald Trampın son tarif tədbirləri ilə Pekinin dialoqa ümidi məyusluq və qəzəbə çevrildi”, - yazıda qeyd olunur.
Bildirilir ki, Tramp administrasiyasının ticarət siyasəti Vaşinqtonla ortaq dil tapmağı müdafiə edən Çin siyasətçilərinin məyusluğuna səbəb olub.
Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Çin də, Amerika da sərt ritorikanı ilk vaxtdan elan etməklə qarşılıqlı güzəştlər üçün zəminlər hazırlayırlar:

“Təbii ki, tariflərin yüksəldilməsi dünya iqtisadiyyatında daralmaları da qaçılmaz edəcək. Çünki ticarət zəiflədikcə, istehsal azalacaq, istehsal azaldıqca isə işsizlər ordusu yarana bilər. Yəni bu, zəncirvari təsir edən məsələlərdir. Amma Çindən fərqli olaraq, Amerika Birləşmiş Ştatlarında bu vəziyyəti amortizasiya və idarə edə biləcək alətlər daha çoxdur. Ən azından Çin enerji daşıyıcılarından asılı bir ölkədir. Ancaq Amerika asılı ölkə deyil. Vaşinqtonun enerji daşıyıcılarının qiymətini aşağı salmaqla benzinin, qazın, elektrik enerjisinin daha çox üstünlük qazanmaq imkanı var. Ona görə də düşünürəm ki, bu, əslində uzunmüddətli bir proses olmayacaq. Bir müddətdən sonra ümumi razılaşmaların şahidi olacayıq. Artıq Amerika bəzi ölkələrlə danışıqlara başlayıb. Amma dünya iqtisadiyyatında bir müddət dalğalı vəziyyət müşahidə olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm