“Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan açıqlama
“Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan açıqlama
16:16 23.09.2025
Futbol
576
Məşhur futbol mütəxəssisi Joze Mourinyo “Benfika”nın baş məşqçisi təyin olunmasını şərh edib.
QOL.az xəbər verir ki, o, bu barədə Portuqaliyanın “A Bola” nəşrinə geniş müsahibəsində bildirib.
Mourinyo deyib: “Dörd-altı il əvvəl mənimlə ‘Benfika’ əlaqə saxlamışdı, amma onda işim vardı deyə heç nə alınmadı. Bu yay isə ümumiyyətlə, klubla heç bir təmasım olmamışdı. Heç kimlə. “Fənərbaxça” ilə müqaviləm var idi və onu sona qədər yerinə yetirmək fikrindəydim. Portuqaliyaya klub məşqçisi kimi qayıtmaq barədə heç düşünmürdüm. Həmişə hesab edirdim ki, Roberto Martínez 2026-cı il dünya çempionatını qazana bilər, sonra da şərəflə ayrılmaq istəyəcək və həmin vaxt mən gələcəyəm”.
Mourinyo bu təyinatının “Benfika”nın Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra baş tutmasına da toxunub:
“Benfika”a "Qarabağ’a oyunu uduzduğu gün mən xanımımla birlikdə Barselonada idim. Ertəsi mənə birbaşa prezidentin özü zəng edərək dedi: “Cənab, danışa bilərikmi? Mən “Benfika”da işləyə biləcək bir baş məşqçi görmək istərdim””. Mən də cavab verdim ki, günün sonunda Portuqaliyaya gələcəyəm və danışarıq. Bütün hekayə bundan ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət