Fridrix Merts: Almaniya demokratik və güclü ölkə olaraq qalmaq istəyir
00:47 04.10.2025
Siyasət
391
Almaniyanın yenidən birləşməsinin 35-ci ildönümü - Alman Birliyi Günü ölkədə böyük təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə ölkənin bütün ərazisində müxtəlif tədbirlər təşkil edilib. Əsas tədbir Almaniyanın Fransa ilə sərhədindəki Zaarland əyalətinin paytaxtı Zaarbrüken şəhərində keçirilib. Yubiley tədbirində Almaniya Kansleri Fridrix Merts, Prezident Frank-Valter Ştaynmayer, Fransa Prezidenti Emmanuel Makron iştirak ediblər.
Kansler Fridrix Merts çıxışında ölkənin milli birliyinə gedən tarixi yoldan söz açıb, əsas diqqətin gələcəyə yönəlməsindən danışıb. Kanslerin sözlərinə görə, əsas hədəflər azad ruhlu demokratiyanı möhkəmləndirmək, hüquqi dövləti müdafiə etmək, iqtisadi gücü bərpa etmək və sosial məsuliyyətlə birləşdirmək, həmçinin ölkəni Avropaya möhkəm şəkildə bağlamaqdır.
F.Merts vurğulayıb ki, 35 il ötməsinə baxmayaraq, alman birliyi başa çatmış proses deyil, yeni həmrəylik formaları tələb edən davamlı öhdəlikdir. O, demokratiya və həmrəyliyin ümumi ictimai səylərdən asılı olduğunu qeyd edərək bildirib: “Əgər biz mübahisələrin və müzakirələrin səsini eşidiriksə, bu, demokratiyanın səsidir”.
Qlobal böhranlar və çağırışlar fonunda daha çox cəsarət və iradə nümayiş etdirilməsinin əhəmiyyətinə toxunan Kansler Almaniyanın iqtisadi gücünün artırılmasının, sosial həmrəyliyin və ölkənin Avropadakı mövqeyinin gücləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin iqtisadi islahatlara toxunaraq qeyd edib: “Ölkəmizdə hər şeyin daha da yaxşı olması üçün çox şey dəyişməlidir. Almaniya gələcəkdə də demokratik, hüquqi dövlət prinsiplərinə sadiq, iqtisadi cəhətdən güclü, sosial və eyni zamanda, Avropa ilə bağlı ölkə olaraq qalmaq istəyir”.
Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasındakı dostluğu qeyd edərək, Avropada demokratiyanın müdafiəsinin zəruriliyinə diqqət çəkib. O, Ukraynaya hücum və kiberhücumlar, informasiya manipulyasiyaları, hava məkanının pozulması halları kimi hibrid təhdidlər fonunda müharibənin Avropaya yenidən qayıtdığını qeyd edərək deyib: “Təəssüf ki, biz yenidən qarşıdurma dövründə yaşayırıq. Bununla belə, birliyimizi qorumağı bacarmışıq”. Onun sözlərinə görə, Avropa ilk dəfə olaraq hərbi güc kimi formalaşır, lakin məqsəd müharibə aparmaq deyil, öz ərazilərini və dəyərlərini qorumaqdır.
Qeyd edək ki, Alman Birliyi Günü 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin şərəfinə qeyd olunur. Bu gün ölkənin müasir tarixində ən mühüm dönüş nöqtəsi hesab edilir. Bayram tədbirləri ənənəvi olaraq, hər il növbə ilə müxtəlif federal əyalətlərdə təşkil edilir. Milli Birlik Günü təkcə siyasi hadisə deyil, həm də azadlıq, demokratiya və birgəyaşayış dəyərlərinin təsdiqi hesab olunur. Alman Birliyi Gününün siyasi əhəmiyyəti Almaniyanın yenidən birləşməsi ilə yanaşı, Avropa və qlobal səviyyədə siyasi sabitliyin möhkəmlənməsinə verdiyi töhfə ilə də bağlıdır. Belə ki, bu gün Almaniya tarixində Şərq ilə Qərb arasında uzun illər davam etmiş ideoloji parçalanmanın aradan qalxması və demokratik sistemin bütövlükdə ölkəyə şamil olunması demək idi. Bu gün həm də Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyinin formalaşması, Avro-Atlantik məkanda birliyinin güclənməsi və azadlıq ideallarının qorunması baxımından mühüm simvol kimi dəyərləndirilir. Milli Birlik Günü siyasi mənada həm alman xalqının həmrəyliyini, həm də Almaniyanın beynəlxalq müstəvidə sabitliyə və əməkdaşlığa verdiyi önəmi təcəssüm etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə