Ağstafada yeniyetmə bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 2009-cü il təvəllüdlü A.Paşalı bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.