Bakıda avtomobil su maşınına çırpılıb, iki nəfər ölüb

Bakıda avtomobil su maşınına çırpılıb.

Hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

“Toyota Prius" markalı avtomobil böyük tutumlu su maşınına çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü Anar Nəbiyev və sərnişini Mahirə Məmmədova hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.