Cəlilabadda 5 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb


Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun mərkəzi hissəsində iki avtomobilin toqquşması nəticəsində 2017-ci il təvəllüdlü Sərdarov Amil Eldəniz oğlu xəsarət alıb.

Yaralı əvvəlcə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Hadisənin təfərrüatı araşdırılır.