Gəncədə mənzildə 78 yaşlı qadının meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sherg.az  FHN-nin saytına istinadən  xəbər verir ki,  hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Orada aşkarlanan 1944-cü il təvəllüdlü Semyonova Vitalina Yakovlevnanın meyitini aidiyyəti üzrə təhvil verilib.