Gürcüstanda itkin düşən alpinistlərin meyitləri tapılıb

Gürcüstanın Mestia bələdiyyəsində itkin düşmüş üç turistin meyitləri tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə hallar xidməti yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işləri nəticəsində hər üç aplinistin meyiti Tetnuldi zirvəsi (4 869 m.) yaxınlığında tapılıb.

Onların əcnəbi olduğu bildirilib. Məlumata görə, alpinistlərlə əlaqə bir neçə gün əvvəl kəsilib.