Hacıqabulda 3 gün əvvəl itkin düşən şəxsin asılımış meyiti tapılıb

Hacıqabulda 3 gün əvvəl itkin düşən şəxsin asılımış meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 3 gün əvvəl itkin düşən Hacıqabul rayonunun Meyniman kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Sultan Əli oğlunun bu gün axşam saatlarında Kürün sahilində nasos stansiyasında asılmış meyiti tapılıb. Onun hansı şəraitdə intihar etməsi məlum deyil.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.