Heç evlənməmiş kişiyə boşanma davası açdılar: Həyatının şokunu yaşadı
09:42 28.11.2024
Hadisə
422
İzmirdə qeyri-adi maraqlı hadisə yaşanıb. Bayraklıda yaşayan 32 yaşlı Aytuğ Arduç boşanma xəbəri alanda həyatının şokunu yaşayıb.
Sherg.az xəbər verir ki, ömründə heç vaxt evli olmayan Arduç aldığı bildiriş səbəbindən sevgilisi ilə də mübahisə edib.
Daha əvvəl heç evli olmayan Arduç, Adıyaman Gölbaşı 2-ci Mülki Məhkəmə tərəfindən adına göndərilən boşanma bildirişini görəndə təəccüblənib.
Arduç sonradan bu məktubla bağlı vəkilindən soruşduqda bildirişdə hərf səhvi olduğunu öyrənib. Lakin baş verənləri sevgilisinə anlatmağa çalışarkən mübahisə yaranıb.
Arduç, "Sevgilim var, bunu ona necə izah edəcəyimi də düşündüm. Əvvəlcə mənə əsəbiləşdi, hətta mübahisə etdik. "Mənə boşanma müraciəti gəldi, həm də mübahisəli" dedim. Sonra işin içində bir yanlışlıq olduğuna o da inandı" deyə bildirib.
Günlərdir yaşadığı sürprizdən sovuşa bilmədiyini deyən Arduç əlavə edib: "İndi kiminlə boşanacağımı da bilmirəm. Mən həyatımda heç vaxt evlənməmiş biriyəm. Bunu görəndə vəkilimdən də soruşdum. "Yazışmaları hazırlayan məmur səhv etmiş ola bilər" dedi. Həyatımda heç vaxt ailə qurmamışam. İlk dəfədir ki, belə bir şey eşidirəm və görürəm, çox təəccüblənirəm" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi