Mingəçevirdə yeniyetmə kanalda batıb - YENİLƏNİB

Mingəçevirdə kanalda batanın kimliyi məlum olub.

APA-nın yerli müxbirinin xəbərinə görə, şəhər sakini 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlu Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.

Hazırda FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları Ayxan Əliyevin axtarışını davam etdirir.

***

saat 16.55

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.