Qolundakı döymə onu ələ verdi: Hilalın qatili üçün cəza bəlli oldu
11:23 07.05.2025
Hadisə
350
Türkiyənin Diyarbəkir şəhərində bir müddət birlikdə yaşadığı Hilal Karı (33), ayrıldıqdan 1 il sonra tapança ilə başından vuraraq qətlə yetirən Mehmet Demirhanın cəzası bəlli oldu.
Sherg.az xəbər verir ki, hadisə 2024-cü ilin 23 iyununda Bağlar rayonunun 5 Nisan məhəlləsində 798-ci küçədə baş vermişdi. Mehmet Demirhan, 6 il birlikdə yaşadığı və bir uşaq anası olan Hilal Karı, ayrıldıqdan bir il sonra küçədə arxasından yaxınlaşaraq tapança ilə vurmuşdu.
Başından güllə yarası alan Kar yerə yıxılmış, Demirhan isə hadisə yerindən qaçmışdı. Hilal Kar həyatını itirmiş və Bağlar rayonundakı Yeniköy Asri qəbiristanlığında dəfn edilmişdi.
İl Polis İdarəsinin Cinayət Şöbəsi əməkdaşları, hadisədən sonra daim yer dəyişdirən Demirhanın Sur rayonunun kəndində gizləndiyini müəyyən etmişdi. Daim papaq taxan, fərqli geyimlər geyinən və velosiped istifadə edən şübhəli, qaldığı daxmada keçirilən əməliyyatla yaxalanmışdı.
Üzərində şəxsiyyət vəsiqəsi olmayan Mehmet Demirhanın qolundakı döymələrdən kimliyi müəyyən olunmuşdu. Proseslərdən sonra Demirhan məhkəməyə çıxarılaraq həbs edilmişdi.
Demirhanın “qəsdən və əvvəlcədən planlaşdıraraq adam öldürmə” maddəsi ilə mühakimə olunduğu məhkəmənin ikinci iclası Diyarbakır 8-ci Ağır Cəza Məhkəməsində keçirilib.
Məhkəmədə həbsdə olan təqsirləndirilən şəxs Demirhan və tərəflərin vəkilləri iştirak ediblər. Karın ailəsi ilə yanaşı, Diyarbakır Barosu Qadın Hüquqları Mərkəzi və Rosa Qadın Dərnəyi də məhkəməni izləyib. Təqsirləndirilənin vəkili əlavə araşdırma tələbi ilə çıxış edib.
Məhkəmə heyəti bu tələbi rədd edib. Daha sonra əvvəlki iclasda prokurorun irəli sürdüyü ağırlaşdırılmış ömürlük həbs cəzası istəyi ilə bağlı müdafiələr təqdim olunub.
Demirhan ifadəsində bildirib: “Alacağım cəzanın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Heç kimi planlayaraq öldürmədim. Həqiqətlərin üzə çıxmasını istəyirəm. Mən aldadıldım və aldatıldığım üçün namus üstündə cinayət işlədim.”
Müdafiələrdən sonra hökmünü elan edən məhkəmə heyəti, Demirhanı "planlaşdıraraq qadını qəsdən öldürmək" cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzası ilə cəzalandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media