Sahibkarları şantaj edən sayt rəhbərləri 73 fakt üzrə həbs edilib
11:15 28.11.2024
Hadisə
394
Paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədəsi ilə onların pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
APA xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az" saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayıb mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.
Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq madddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24. E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi