Zakir Həsənov Türkiyə generalını qəbul edib, hərbi əməkdaşlıq müzakirə olunub
12:14 03.12.2024
Hadisə
342
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sherg.az MN-ə istinadən xəbər verir ki, müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Türkiyə nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar barədə məlumat verilib.
General-polkovnik Y.Kadıoğlu isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Keçirilən birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Görüşdə, həmçinin hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsində bu cür görüşlərin zəruriliyi diqqətə çatdırılıb. Hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət