8 Noyabr – Zəfər günü münasibətilə Şuşa şəhərində də yürüşü keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Hərbi orkestrin sədaları ilə müşayiət olunan yürüşdə şuşalılar da iştirak edib. Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Zəfər yürüşü Şuşa şəhərinin Zəfər meydanında başa çatıb.