İslamiada: “Bəzi ölkələr medal baxımından önümüzə keçdi” – SƏBƏB?
Yusif Nəzərli
09:15 16.08.2022
İdman
437
Türkiyənin Konya şəhərində start verilən V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4200 idmanşı mübarizə aparır. Ölkəmizi isə ümumilikdə 281 idmançı təmsil edir. Oyunlar Avqustun 18-dək davam edəcək. Qeyd edək ki, Azərbaycan yığması İslamiadada 68 medal qazanıb. Bunlardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır. Medal sayına görə Türkiyə, İran və Özbəkistannan geridə qalaraq 4-cü pillədə qərarlaşmışıq.
Xatırladaq ki, bundan öncəki Bakı İslam Həmrəyliyi Oyunlarıında Ölkəmiz medal sayına görə 2-ci pillədə yer alıb.
İslam Həmrəylik Oyunlarını 2024-cü il Olimpiya Oyunlarına ön hazırlıq kimi baxdığını deyən idman şərhçisi Pərviz Musayev "Sherg.az"a bildirib ki, bu oyunlar hansısa ölkənin idmandakı durumuna qiymət vermək üçün böyük bir yarış deyil:
"Medal məsələsi idmanın geriləməsi deyil. 2017 Bakı və 2022 Konya İslam Həmrəylik Oyunlarını müqayisə etsək, görərik ki, müəyyən idman növlərində dəyişiklik var. Məsələn, Bakı İslam Həmrəylik Oyunlarında Velosiped yarışı yox idi. Lakin bu növ Konyada siyahıya daxil edilib. Biz bu növdə medal qazana bilmədik. Buna görə də bəzi ölkələr medal baxımından bizim önümüzə keçdi.
Digər tərəfdən yarışlar hələ davam edir. Ölkədə inkişaf etmiş növlərdən olan karate, kikboks üzrə təmsilçilərimiz hələ yarışmayıblar. İslamiadadakı nəticələr hansısa ölkənin idmanının durumuna qiymət vermək üçün böyük bir yarış deyil.
Bəzi növlərin səviyyəsi o qədər də böyük deyildi. Zənnimcə, ölkə idmanının vəziyyəti ilə bağlı qiymət Dünya Çempionatı, Olimpiya Oyunları, Avropa Çempionatı kimi böyük tədbirlərdə daha çox önə çıxır.
Bəli, elə növlər var idi ki, gərgin mübarizələr gedirdi. Doğrudur, dünyada bir nömrə olduğumuz ənənəvi növlər çoxdur. Lakin bu oyunlarda qazanılan medallar “Biz həmin növlər üzrə dünyada bir nömrəyik” deməyə imkan vermir.
Mən bu oyunları 2024 Olimpiyada yarışlarına ön hazırlıq kimi görürəm. İndiki yarışlar ölkə idmanı inkişaf edir, yaxud da geriləyir deyə biləcəyimiz bir tədbir deyil. Son olaraq uğur qazanan idmançıları təbrik edirəm. Dediyim sözlərin heç biri onların qələbəsinə kölgə salmaq üçün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı Kallasdan açıqlama
19:23 30.06.2026
Gündəm
İran ilə ABŞ arasında gec-tez sülh sazişi imzalanacaq - POLİTOLOQ
19:17 30.06.2026
Gündəm
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı