"Qarabağ"ın prezidenti: "Çexiyaya qələbə üçün gedəcəyik"
Yusif Nəzərli
20:47 17.08.2022
İdman
640
"Çox baxımlı və gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş etdirdi və meydanda dominant idi".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner azarkeşlərin qarşılaşma ərzində "köhlən atlar"a möhtəşəm dəstək olduğunu bildirib: "Çempionlar Liqasının srup mərhələsinə vəsiqə qazanmaq üçün hələ də ümidimiz var. Artıq bu ənənəyə çevrilib. Biz səfərdə hər şeyi həll edirik. Ümid edirəm ki, bu seriya davam edəcək".
Tahir Gözəl səfərdəki matçın çox önəmli olacağını vurğulayıb: "Fanatlara təşəkkür edirəm. Burada möhtəşəm ab-hava var idi. İnanıram ki, Çexiyadan zəfərlə dönəcəyik".
Klub rəhbəri Plzen təmsilçisinə qarşı 2016-cı ildəki görüşü xatırlayıb: "Həmin vaxt bərabər oyun var idi. Səfər qolu sayəsində rəqib mərhələ adlamışdı. Bu gün qarşı tərəfin ən yaxşı oyunçusu qapıçısı oldu. Çox gözəl qurtarışlar etdi. Onu təbrik edirəm. Rəqib də hiss edir ki, bu komanda 6 il əvvəlki "Qarabağ"dan tam fərqlənir. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Qarşımızdakı rəqib də çox güclüdür. Onlara qarşı oynamaq çətindir. "Viktoriya"ya ehtiramla yanaşırıq, amma səfərə qələbə üçün gedirik".
Funksioner komandada böyük inamın olduğunu sözlərinə əlavə edib: "Baş məşqçi Qurban Qurbanovda və futbolçularda böyük inam var. Çexiyada bu işin öhdəsindən gələcəyimizə ümid edirik. Futbolda yaxşı olan tərəf mütləq qalib gələcək. Asan olmayacaq, amma Plzenə qələbə əzmi ilə gedəcəyik".
Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı Kallasdan açıqlama
19:23 30.06.2026
Gündəm
İran ilə ABŞ arasında gec-tez sülh sazişi imzalanacaq - POLİTOLOQ
19:17 30.06.2026
Gündəm
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı