
İlham Əliyevin Nyu-York səfəri mühüm prioritetə malikdir -ŞƏRH
12:28 24.09.2025
Aktual
475
Bu səfər Azərbaycan-BMT əlaqələrinin uzun tarixi zəmində baş verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə rəsmi işgüzar səfəri gerçəkləşdiriblər. Bu səfər Azərbaycanın beynəlxalq arenada fəal mövqeyinin və diplomatik əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gəliblər.
Sentyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. Bu sessiya beynəlxalq siyasətdə aktual məsələlərin müzakirəsi və dünya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
BMT-nin Baş katibi Antonio Guterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı mənzil-qərargahda rəsmi olaraq qarşılayıb və salamlayıb.
Səfər çərçivəsində Prezident İlham Əliyev Nyu-Yorkda "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb. Bu görüş Azərbaycanın iqtisadi sahədə beynəlxalq əməkdaşlığının genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində atılan mühüm addımlardan biridir.
Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlər zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, regional və qlobal təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərdə diqqət çəkən əsas mövzulardan biri də Ermənistanla Azərbaycan arasında sülh prosesi olub. Bir çox ölkə rəhbərləri iki ölkə arasında sülhün paraflanmasını alqışlayaraq, bu addımı Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik təşəbbüs kimi qiymətləndiriblər. Bu da bir daha göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanı regionda sülhə və inkişafa töhfə verən əsas tərəfdaş kimi qəbul edir.
Millət vəkili Naqif Həmzəyev Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin Nyu-York səfərinin mühüm prioritetə malik olduğunu bildirib:

"Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi sürətlə inkişaf edən iqtisadiyyata malikdir və prezidentin beynəlxalq görüşlərdə apardığı təbliğat ölkəmizin müsbət imicinin formalaşmasında böyük rol oynayır. Bu səfər Azərbaycan-BMT əlaqələrinin uzun tarixi zəmində baş verir. Prezident İlham Əliyev BMT Baş Qərargahını bir neçə dəfə ziyarət edib. O, 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyasında, 2010-cu ilin sentyabrında 65-ci sessiyasında və 2017-ci ilin sentyabrında 72-ci sessiyasının açılışında iştirak edib. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olub və Azərbaycanın tarixində ilk dəfə olaraq BMT-nin yüksək tribunasından proqram xarakterli nitq söyləyib. Səfər Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi, ölkəmizin qlobal proseslərə fəal qatılımının təmin edilməsi və digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır".
Deputat Azərbaycanın BMT kimi beynəlxalq təşkilatların platformasından istifadə edərək öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanı qazandığını söyləyib:
"Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayının 5000-dən çox olması ölkəmizin beynəlxalq əlaqələrinin genişliyini və dərinliyini göstərir.
Bu cür səfərlər Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda qisas bayrağı qaldırıldı
12:38 06.07.2026
Gündəm
İraq Qaanini “arzuolunmaz şəxs” elan etdi
12:32 06.07.2026
Dünya
Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq
12:24 06.07.2026
Ekologiya
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm