İqtisadçı ekspert Qarabağda kompakt  yaşayış məskənlərinin salınmasını təklif edir

"İnkişaf etmiş ölkələrdə "kompakt şəhər planlaşdırılması" ideyası uzun müddətdir aktualdır

İqtisadçı ekspert Rövşən Ağayev işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinin aparılması, yaşayış məskənlərinin salınması ilə bağlı vacib təkliflərlə çıxış edib.

Sherg.az-ın məlumatına görə, o bildirib ki, həmin ərazilərdə kompakt yaşayışı təmin edən yaşayış məskənlərinin salınması daha effektiv olar:

"İnkişaf etmiş ölkələrdə "kompakt şəhər planlaşdırılması" ideyası uzun müddətdir aktualdır. Bu ideyanın mahiyyəti budur ki, pərakəndə məskunlaşmanın qarşısını almaq üçün şəhərlər çox geniş torpaqları tutmaqla salınmamalı, sıxlığın yüksəldilməsi hesabına daha məhdud məkanda, bütün xidmətlərin və iş yerlərinin mümkün qədər hamı üçün  eyni səviyyədə əlçatan və qısa məsafədə formalaşdırılmalıdır".

R.Ağayevin sözlərinə görə, bunda məqsəd odur ki, insanlar çox xidmət əldə etmək, işə yetişmək üçün çox uzaq məsafə qət etməyə, avtomobildən istifadə etməyə ehtuyac hiss etməsin: "Hətta ictimai nəqiliyyatdan istifadə əmsalı yüksək olsa da, yenə də daha uzaq məsafəyə daha çox enerji və resurs xərclənir. Qısa məsafəyə isə insanlar isə hətta ayaqla hərəkət edə bilir.
Biz "kompakt şəhər" konseptini işğaldan azad edilmiş ərazilərimizdə "kompakt kənd" yanaşması kimi istifadə etmək mümkündür.

Hazırda Azərbaycanda 1 kəndə orta hesabla 1120 nəfər əhali düşür. Amma işğaldan azad edilmiş ərazilərdə bu daha aşağıdır. Məsələn, Qubadlı və Zəngilanda 320-340 nəfər, Kəlbəcər və Laçında 500 nəfər ətrafında, Füzuli, Ağdam və Cəbrayılda 750-1200 nəfər aralığında dəyişir. Xüsusilə də ilk 4 rayonda azsaylı əhalisi (maksimum 20-30 evdən ibarət) kəndlər xeyli sayda var. Burda yanaşma belə ola bilər: kəndlərin bərpası zamanı minimum say bir kənd üçün 100-150 ev təsərrüfatı götürlə bilər. Bu cür planlaşma həm nəqliyyat, həm rabitə, həm də kommunal (su, qaz, elektirk) infrastruktrunun qurulmasında resurslarda əhəmiyyətli qənaətə imkan verməklə yanaşı bərpanın müddətini də xeyli qısaldacaq".