Metropoliten sözçüsü DANIŞDI: “Gediş haqları...”

"Bakı Metropoliteni" QSC gediş haqları ilə bağlı Tarif Şurasına müraciət etməyib.


Bu sözləri, "Sherg.az"a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bundan sonrakı gedişatla bağlı əlavə məlumatı yoxdur.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən baş tutan iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Aygün Tahirqızı