"Qarabağ bölgəsində qulluq edən hərbiçilərə iki qat maaş verilməlidir" - İqtisadçı ekspert


"Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunun 10-cü maddəsi pul təminatı və maddi təminatla bağlıdır" .

Sherg.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rauf Qarayev deyib. Onun sözlərinə görə, həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır:

"Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil edib. 2021-ci ilin yanvarın 1-nə kimi olan məbləğ hələ açıqlanmayıb. 2020-ci ilin yanvar ayının 1-nə olan məlumatla müqayisə etsək. Zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının minimum vəzifə maaşları 1022,20 manatdan aşağı olmamalıdır".

Ekspert qeyd edib ki, 1022,20 yalnız əlimizdə olan rəqəmdir:

"İndiki hala məcburi müqayisə aparırıq. 2021-in yanvarın 1-nə orta aylıq əmək haqqı məlum deyil. Bu müddətə artım 1022.20 artıq olar ki, əskik olmaz.
Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Belə olan halda minimum onlara 1022,20*2 = 2044,40 manat aylıq əmək haqqı ödənilməlidir. Maliyyə Nazirli 10 maddənin tələblərini əsas gətirərək 1 qat ödənildiyini qeyd edir. Belə olan halda 2019 rəqəmlərini götürsək. hərbi qulluqçular 1022.20 manatdan aşağı maaş almamalıdır. Son qənaətim odur ki, hazırki vəziyyət münaqişəli vəziyyətdir:"Səbəb ortada müharibənin bitməsi ilə bağlı tərəflər arasında müqavilənin olmamasıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa deməli, bu müharibənin tam bitməsi anlayışına gəlmir. Yalnız vəziyyət 5 il müddətinə dondurulub. Bu baxımdan Qarabağ bölgəsində və Ermənistanla sərhəd boyu ərazilərdə qulluq edən hərbiçilərə 2 qat maaş verilməlidir".