Bitkoinin qiyməti 400 min dollara çatacaq - Proqnoz

2021-ci ildə bitkoinin dəyəri 400 min dollara çatacaq.

Axar.az xəbər verir ki, bunu “Blomberq”in strateqi Mayk Makqloun deyib.

“Bitkoin az riskli müdafiə aktivinə tranformasiya olur. Bununla qlobal rəqəmsal rezerv aktiv olmaq yolunda addımlayır. 2021-ci ildə inkişaf sıçrayışı bitkoinin risksiz aktivə çevirə bilər” – deyə o bildirib.