Kəskin dalğalanmalar var

Yaxın günlərdə neftin qiymətində dəyişiklik gözlənilir

“Neft qiymətləri ya 60-70 dollar koridoruna, ya da 80 dollardan yuxarı qiymət diapazonuna yerləşəcək, hər bir halda dalğalanmalar hiss ediləcək”. Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, son illərdə ilk dəfədir ki, “Brent” markalı neft ilə, “WTI” markalı neftin qiyməti bərabərləşib. Hər iki növ neft 75-76 dollar koridorundadır:

“Keçmiş illərə baxsaq, hər dəfə belə fenomen baş verəndə neft qiymətləri kəskin dalğalanır. Çox güman ki, yaxın günlərdə yenə kəskin qiymət dəyişikliklərini izləyəcəyik. OPEC və Rusiya danışıqları davam edir. Səudiyyə və Rusiya hər ay 400 min barel olmaqla il sonuna qədər 2 milyon bareldən çox günlük hasilatı artırmağı, yəni süni yolla qiyməti hələ də yuxarıda saxlamağı təklif edirlər. Amma bir neçə ölkə bunun əleyhinə çıxır, hasilatı daha çox artırmaq təklifini irəli sürürlər. Çünki qiymət sərfəlidir, həm də bazar paylarını artırmağı düşünürlər. Səudiyyə və Rusiyanın təklifi keçsə kəskin bahalaşma ola bilər”.