“Brent” markalı neftin qiyməti 83 dollara çatıb

Dünya bazarında “Brent” markalı neftin 1 barelinin qiyməti 2018-ci ilin oktyabr ayından bəri ilk dəfə 83 ABŞ dollarına çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, qiymət 2,22 % artaraq 83,06 dollar olub.

Bu ilin əvvəlindən isə əmtəə birjalarında “Brent” nefti 58 % bahalaşıb.