Azərbaycan nefti 3 dollar ucuzlaşdı


Azərbaycan nefti ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,04 ABŞ dolları və ya 3,07 faiz azalıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 96,10 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.