Kritpovalyuta birjaların Ukrayna ərazisində fəaliyyəti tam qanuniləşdi  - Osman Gündüz 

"Ukraynada kriptovalyutalar hüquqi status qazandı".

"Sherg.az" xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.






















Ekspert bildirib ki, Ukrayna nə qədər müharibə vəziyyətində olsa da həyat öz axarında,  tam sürətlə davam edir: 

"İki ildir müzakirədə olan “Virtual aktivlər haqqında” qanun (kriptovalyuta bazarını tənzimləyən qanun) ötən gün qəbul edilib. Xatırlayıram ki, ötən ilin sonu prezident Zelenski kriptovalyuta əməliyyatlarını tənzimləyən bu qanun layihəsini imzalamadan geri qaytarmışdı. Prezident qanun layihəsinə tənzimləmə ilə bağlı bir sıra əlavələr təklif etmişdi. Adı çəkilən qanun layihəsi prezidentin təklif etdiyi əlavələrlə birlikdə təsdiqlənib. Beləliklə, kriptovalyutalar bu ölkədə hüquqi status qazanmış oldu. Kritpovalyuta birjaların Ukrayna ərazisində fəaliyyəti tam qanuniləşdi.
Ukraynalılar beynəlxalq kriptovalyuta birjalarında sərbəst iştirak edə biləcəklər. Bütün bazar iştirakçılarının hüquqları məhkəmələrdə qorunacaq".

O.Gündüz bəyan edib ki, bu gündən etibarən bütün xarici kripto birjalar da Ukraynada sərbəst fəaliyyət göstərə bilərlər: 

"Onlardan yalnız Qiymətli Kağızlar Komissiyasında qeydə alınmaq tələb olunur. Ukraynanın Rəqəmsal Transformasiya naziri adı çəkilən qanunun Ukraynada innovasiyaların, virtual aktivlərin və rəqəmsal sahibkarlığın inkişafına, kriptovalyuta sahəsində şəffaf investisiya mühitinin formalaşmasına ciddi təkan verəcəyini bildirib. Düşünürəm ki, ən yaxın müddətdə Ukraynada regionun, ümumiyyətlə MDB məkanının ən böyük kriptovalyuta bazarı formalaşacaq. Bizim qanunvericilərimiz isə hələlik  xaricdə yerləşən qlobal sosial media resurslarının fəaliyyətini ölkəmizdə tənzimləmək üstündə baş sındıdırırlar".