“Ərzaq məhsulları və dərmanların qiyməti sürətlə bahalaşır” – Nə etməli?

“Azərbaycanda ərzaq və dərman qiymətlərinin bahalaşması son illər kifayət qədər surətlənib. Bu artıq ciddi problemə çevrilib”.
Bu sözləri  “Sherg.az” a danışan iqtisadçı Natiq Cəfərli deyib. 
Onun sözlərinə görə, məsələnin həll yolu orta və uzun müddətdə yerli istehsalın artırılmasından keçir:

“Təəssüf ki, buna hələ də nail ola bilmirik. Hökümətin ata biləcəyi ən effektiv addım ərzaq məhsulları və dərman preparatlarının pərakəndə satışında olan Əlavə Dəyər Vergisinin (ƏSDV)azaldılmasıdır.

 Hazırda ƏDV 18 faizdir. Kifayət qədər yüksəkdir və qiymətlərin yüksəlməsinə təsir edən amillərdən biridir. Əlavə dəyər vergisi 18 faizdən 2 faizə salınsa, qiymətlərin tənzimlənməsində ciddi rol oynaya bilər. 

Gömrük rüsumları ilə bağlı da belə addıma ehtiyac var. Xaricdən gətirilən bəzi ərzaq məhsulları mövcuddur ki, onlardan hələ də 5 və ya 15 faizə qədər  gömrük rüsumları tutulur. 
Onların müvəqqəti də olsa, ləğv edilməsi bazardakı qiymətlərin aşağı enməsinə təsir edə bilər”.   

Şərqiyyə Nəbi