Prezident: "Rumıniya ilə ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq"

Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələlik istədiyimizə uyğun deyil.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında deyib.

“Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”, - deyə dövlətimizin başçısı qeyd edib.