Türkiyədəki zəlzələdə voleybolçu cütlük vəfat edib

Türkiyənin "Merinos" klubunun voleybolçusu Betül Çoban Çakır zəlzələ nəticəsində dünyasını dəyişib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, oyunçu ilə birlikdə onun voleybolçu həyat yoldaşı Bedrettin Çakır da vəfat edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı gücündə zəlzələ olub. Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.