Soğanın qiyməti iki dəfə bahalaşıb - VİDEO

Son günlər istər paytaxtda, istərsə də bölgələrdə soğanın qiymətində bahalaşma müşahidə olunur.
Məhsulun qiyməti bəzi bölgələrdə iki dəfədən də çox artıb. 
Baku TV-nin əməkdaşının müşahidəsi zamanı bazarda soğanın qiymətinin növündən və keyfiyyətindən asılı olaraq 1-1,5 manat arasında dəyişdiyi məlum olub.
Satıcıların sözlərinə görə, bahalaşmaya səbəb yerli məhsulun xaricə ixrac olunmasıdır.
Məsələ ilə bağlı Baku TV-yə açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, hazırkı qiymət artımı müvəqqəti xarakter daşıyır.