Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Türkiyəyə YARDIM

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə dörd günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140 105 min manat) vəsait göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “#SəninləyəmTürkiyəm” adlı yardım kampaniyası davam edir və vətəndaşlar yardım ianələrini aşağıdakı formalarda göndərə bilərlər.
Onlayn ianə: https://yardim.et/az/donations/bank/online
SMS ianəsi: “Azercell” abunəçiləri 8116 nömrəsinə ianə etmək istədikləri məbləği yazaraq SMS vasitəsilə ianə edə bilərlər.
Onlayn cüzdan: http://hesab.az
Ödəmə terminalları: “Milliön”, “eManat”