Azərbaycanda vergi sisteminin inkişafı ilə bağlı yeni strategiya hazırlanır

“Hazırda Azərbaycanda vergi sisteminin inkişafı ilə bağlı yeni strategiya hazırlanır”. 
Oxu.Az xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, bu strategiya çərçivəsində bu il yeni vergi məcəlləsini hazırlayıb bitirə bilərlər.