Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb  - FOTO

“Özbəkistan-Azərbaycan Regionlararası Forumu ölkələrimiz arasında qurulmuş sıx münasibətlərin birgə təşəbbüslərlə zənginləşdirilməsi üçün mühüm platformadır”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında qeyd edib.
O bildirib ki, tədbir çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş” imzalanıb.