"Özəlləşdirmə çeki sahiblərinin günahı nədir?!" - VİDEO

"Özəlləşdirmə çekləri dövlətin vətəndaşlara verdiyi paydır".

"Sherg.az" xəbər verir ki, bu sözləri "İqtisadiyyat.az"a uzun müddətdir vətəndaşları narahat edən özəlləşdirmə çekləri ilə bağlı vəziyyəti şərh edən Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, deputat Razi Nurullayev İqtisadiyyat.az-a müsahibəsində deyib.

O bildirib ki, çek sahiblərinin hüquqlarının bərpası vacibdir. Çünki özəlləşdirmə çekləri qanunla vətəndaşlara verilib:

"Mərhum prezident Heydər Əliyevin atdığı ən gözəl addımlardan biri də özəlləşdirmə çekləri ilə bağlı idi. Bu addım insanlar üçün atılmışdı. İnsanların zəhməti haqqı olan pay kimi ona verilirdi. Lakin bir çox möhtəkirlər və məmurlar dövlətin əmlakını talan etdilər. Bu gün insanlar əllərində qalan özəlləşdirmə çeklərindən istifadə etməlidirlər. Düşünürəm ki, bir sıra millət vəkilləri də vətəndaşların narazılığının aradan qaldırılmasının tərəfdarıdırlar". 

Qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. 

Sözügedən açıqlamanı təqdim edirik: