Sədr: "Xarici turistlərin Azərbaycanın Qərb bölgəsinə marağı artıb"

"Son vaxtlar xarici turistlərin Azərbaycanın Qərb bölgəsinə qatarla səfər etməyə marağı artıb".

"Report" xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Bununla belə, onun sözlərinə görə, həmin bölgədə hotel çatışmazlığı var.

"Azərbaycanın Qərb bölgəsi maraqlı turizm destinasiyasıdır. Bizim Gəncə şəhərində destinasiya menecment təşkilatımız fəaliyyət göstərir və onlar regionun turistik imkanı layihəsini hazırlayıblar. Həmin bölgədə yerləşdirmə obyektlərinə investisiyalara ehtiyac var", - deyə sədr qeyd edib.