"Azərbaycanla İran arasında beynəlxalq tranzit 58 % artıb"

İran və Azərbaycan arasında beynəlxalq tranzitin həcmi 58 % artıb.

“Report” “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Gilan vilayətinin Astara şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında deyib.

Ş. Mustafayev bildirib ki, şimal və cənub dəhlizləri ilə beynəlxalq tranzitin həcmi 69 % artıb: "2022-ci ildə isə İran və Azərbaycan arasında ticarət əməliyyatlarının həcmində 30 % artım olub".