Köhnə maşınlar ekoloji problemlər yaradır - Natiq Cəfərli

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqlənib. 

Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, köhnə maşınlar daha çox ekoloji problem yaradır: 

"Utilizasiya ilə bağlı rüsumların artırılması və tətbiq edilməsi köhnə maşınların Azərbaycana gəlməsinin qarşısını almaq üçündür. Bunu Ekoloji problemlərlə əlaqələndirirlər ki, köhnə maşınlar daha çox ekoloji problemlər yaradır".

Ekspert onu da qeyd edib ki, istənilən ölkədə rüsum və vergi artırsa, bu, qiymətə də təsir göstərir:

 "Avtomobil bazarına da bu, təsirsiz ötüşməyəcək. Kəskin təsirin olacağını düşünmürəm, amma, qiymətlərin 3-5 faiz civarında qalxması mümkündür".

Şahanə Tağızadə