Qızıl və gümüşün qiyməti cüzi artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,06% artaraq 2 433.90 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,8% artaraq 26.97 ABŞ dollarına bərabər olub.